Əməkdar artistin oğlu "O Ses Türkiye"den qovuldu" ; Könülün maşını qarət olundu;

283.243



332
08/01/2019
Əməkdar artistin oğlu "O Ses Türkiye"den qovuldu" ; Könülün maşını qarət olundu; Aparıcı Vüsalə Əlizadə yenidən aktrisalığa başlayıb. Axşam.az-ın məlumatına görə, o, bundan sonra ATV-də yayımlanan "Bacanaqlar" serialında rol alacaq. Vüsalə ekran işində Leyli obrazını canlandıracaq. Bu haqda aparıcı özü xəbər verib. O, "Bu gündən "Bacanaqlar"da Talehlə Leylinin dövrü başlayır" sözlərini yazıb. Qeyd edək ki, Vüsalə bundan əvvəl "Qardaşlar" serialında rol almışdı. +++ Xalq artisti Brilliant Dadaşova izləyiciləri ilə yeni videosunu bölüşüb. Axşam.az xəbər verir ki, daim formada olan sənətçi idman etdiyi yerdə çəkilmiş görüntülərini rəsmi səhifəsində paylaşıb. Onun "Qızlar, mütləq idman edin" qeydli paylaşımı bir saata 3 minə yaxın "like" toplayıb. +++ "5 gəlin" verilişinin çəkilişləri zamanı aparıcı Mətanət Əliverdiyanın halı pisləşib. BAKU.WS-in məlumatına görə, iştirakçı Samirə Məmmədovanın hazırladığı dolmaya həm quyruq, həm də yağ tökməsini öyrənən aparıcı yeməkdən çiyrənib. Çəkilişlər M. Əliverdiyevanın vəziyyəti yaxşılaşandan sonra davam edib. +++ “Kişilər sevgilisinin yanında rahat olurlar”. Axşam.az-ın məlumatına görə, bu sözləri ARB TV-nin “Söhbət var” verilişinin qonağı olan əməkdar artist Vasif Məhərrəmli deyib. Müğənni kişlərin həyat yoldaşlarına qarşı olan xəyanətindən danışıb: “Bu, aktual mövzudur. Bizdə çalışırlar kişilər xəyanətin altından çıxsınlar, boyunlarına almasınlar. Zaman-zaman tutulub ilişirlər. Amma bir şey var ki, Azərbaycan xanımları uşaqların və ailənin naminə kişilərin səhv addımlarına göz yumurlar. Buna görə də əhsən bizim Azərbaycan xanımlarına. Adət-ənənələrimiz o qədər mükəmməldir ki, tam səmimi deyirəm ki, evdə xanımla rəftar tamam fərqlidir. Uşaqla, ailə ilə kişinin bir yox, bir neçə pərdəsi olur. Amma bizim kişilərimiz sevgili yanında rahat olurlar” +++ Müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkədə qızı Aysunla bağlı paylaşdığı video müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, ifaçı qızının restoranlardan birində keçirdiyi ad günündə Elvin adlı oğlanla rəqsini “Maşallah, toyunuzu görüm, inşallah” şərhi hesabında yerləşdirib. İzləyicilər isə bunu səhv başa düşərək Elvini Aysunun nişanlısı bilib müğənnini təbrik ediblər. Qeyd edək ki, Elvin Rəqsanənin biznesmen əri Fazil Əmiraslanovun ilk evliliyindən olan oğludur. İş adamı ilə Rəqsanənin isə əkiz övladları var. F.Əmiraslanov müğənninin qızları Aysun və Yağmura da öz soyadını verib. Xatırladaq ki, Elvinin daha öncə də şəkilləri mediada yayılmışdı. +++ həmkarı Murad İsmayılla ailə həyatı quran aktrisa Ülviyyə Xəlilbəyli İsmayıl sosial şəbəkə hesabında yeni post yazıb. Buna səbəb isə cütlüyün ayrılacağına dair yayılan yalan şayiələr olub: “Niyə ayrılacaqlar, boşanacaqlar kimi fikirlər yazırsız? Öncəgörənsiz? Bu qədər gələcəyi bilirsizsə gedin o bisavad başınıza bir çarə qılın. Allah ürəyinizə görə versin. Amin! Erməni səhifəsində məni pisləyəcək qədər axmaq qızlarımız var. Sizdən utanıram, öz səhifələrimizdə içinizin qurdlarını tökürsüz bəs eləmir? Heç olmasa düşmən profilində özünüzü sıxıb saxlayın da!”. +++ Əməkdar artist Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanov “O səs Türkiyə”nin qaydalarını pozduğu üçün müsabiqədən kənarlaşdırılıb. Publika.az xəbər verir ki, bu barədə sənətçi özü Xəzərə TV-də yayımlanan “Hər şey daxil” verilişində məlumat verib. O, etiraf edib ki, yarışmadan çıxarılmasına səbəb qaydaları pozması olub. “Aparıcı Elgiz Əkbər verilişində sual verdi ki, hansı münsif sənin ifanı bəyənib, döndü. Mən də dedim ki, Seda Sayan. Əslində yarışın şərtlərinə görə, heç bir şeyi açıqlamamalı idim. Mən isə bu qaydanı pozdum. Odur ki, “O səs Türkiyə”dən uzaqlaşdırıldım” , - deyə o, qeyd edib +++ Aparıcı Könül Muxtarovanın maşını qarət olunub. Axşam.az xəbər verir ki, hadisə Azər Əliyev küçəsində baş verib. Belə ki, 90 KM 404 nömrəli "Nissan Micro" markalı avtomobilini adı çəkilən küçədə saxlayıb qonaq gedən aparıcı geri qayıdarkən şoka düşüb. Onun maşınının ön qapısının pəncərəsi sındırılıb və içəridə olan 300 dollar məbləğində pul götürülüb. Muxtarova artıq insidentlə bağlı 102 xidmətinə məlumat verib. +++ Müğənni Mina Hüseyn “O Səs Türkiyə”dən kənarlaşdırılması barədə yayılan xəbərlərə münasibət bildirib. Münsif Seda Sayan mənə zəng vurdu. Özü şəxsən əlaqə saxlayıb dedi ki, Azərbaycanda sözünü demiş müğənnisən, sadəcə olaraq efirə gəldin, bir daha özünü təsdiqlədin ki, yaddan çıxmamısan. Seda Sayan qeyd etdi ki, ikinci dəfə “O səs”ə qayıtmağının mənası yoxdur. Niyə görə? Bunun səbəbini də dedi. Bildirdi ki, 4-5 efirdən sonra uduzacaqsan, ehtiyac yoxdur. “Özüm veriliş açacağam, ora səni qonaq çağıracam” – deyə mənə bildirdi. Mən də belə qərara gəldim ki, getməyim. İkinci mərhələdə iştirakıma görə hər şey etmişdilər, hətta bilet də almışdılar. Amma imtina etdim.
Ziyafet Eliyeva
Azerbaycanli Qizi
Esra Huseyn
Фира Clins
Seymur Huseynov
Abbasova
Jeff bazos
Zeyneb Rehmanova
Aygün Mirzeyeva
Masal 1
Menzer Talibova
Zeyneb İdrisli
Iuo Ioue
Samir Məmmədov
Haqqa Guvenen
Haqqa Guvenen
yemek perisi ləzzətli
Nur Memmedova
Arzu Hebibova
Tural Abiyev
Tural Abiyev
Esma Idris
rufat Ibahimov
rufat Ibahimov
famil ayxan
Bunu Bilirdin?
Руслан Мамедов
Inci Isayeva
Valida Aslan
Hun Hun
Esna Melikova
Denizin Elişi Günlüğü
yalan dunya
yalan dunya
Ilqar Adilov
Ahmet KESKİN
Elnare Karimova
Xatun Abbasli
R. A
yusif yuska
Улкер Микаилова
Arzu Hesenova
Aynure Valiyeva
dilek mahmut
Nemat Isfahanli
Zaur Kərimov
Ada Azizova
Gullu Gullu
Samira1986 Nesibova
elekber eliyev
Ilqa Memmedov
Ilqa Memmedov
ay işığı
ay işığı
Elza Memmedli
Земляне Земляне
A. Əli
Yalnız çiçek
Metin G
Siyu zorro
Iqbal Mammadov
Selale Meherremova
Minara Sadikova
Vusal Ezizov
Vəhdət Vəhdət
Sadiq Aqayev
Azer Solmaz
Ruslan Ruslann
DA RK
Sevinc Süleymanzadə.
Riyal Nadirli
Shebnem Masimova
Akif Akifli
Huseyn Kenan
Huseyn Kenan
Atlaz Ibishova
çukur hər zaman hər yerde
Zaur Quseynov
Ekber Isgenderov
ida ida
Fidan Kerimli C X
Natiq Quliyev
PRO GAMER
Gloria Carr
Gloria Carr
Mohubbet Aslanov
heyat davam edir
Esmira Memedzade
Terane Terane
Shahnaz Mikayilova
Shahnaz Mikayilova
DMG MS PESSOA
Resad Cebiyev
Yalcin Veliyev
Elşən Niyatov
AutoPlay
2019 © vilook.com | Contact | Legality